EN

Nərimanov rayon sakinlər təhlükə ilə üz-üzə – Foto

Nərimanov rayonu, Təbriz küçəsində təhlükəli vəziyyət hökm sürür. Sakinlər hər gün ölüm təhlükəsi ilə üz-üzə qalırlar.

Tribunainfo.az xəbər verir ki, bu barədə Nərimanov rayon sakinləri özləri bildirib. Onlar qeyd edib ki, bina fasadlarında apöarılan işlər zamanı heç bir təhlükəsizlik qaydalarına riayət olunmur.
Sakinlər bildirib ki, binalarda uzun müddətdir iş gedir. Ancaq heç bir təhlükəsizlik tədbiri görülməyib. sakinlər ya səki ilə təhlükənin altından hərəkət edir, ya da avtomobil yoluna düşməli olurlar. Binaya quraşdırılmış dəmirlərin altından piyadalar keçir, qoruyucu örtük tavan isə quraşdırılmayıb.
Sakinlər bədbəxt hadisə baş verməməsi üçün tez bir zamanda tədbir görülməsini tələb edirlər.

Nigar

Chosen
7
2
tribunainfo.az

5Sources