EN

Netanyahu müdafiə nazirini hökumətin iclaslarına çağırmır

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müdafiə naziri Yoav Qalantı dar çevrədə keçirilən iclasa dəvət etməyib.

Bu barədə İsrailin "12-ci kanal"ı məlumat verib.

Mənbə yazır ki, Benyamin Netanyahunun sentyabrın 21, 22 və 25-də keçirdiyi iclaslar da müdafiə naziri rəhbərinin iştirakı olmadan baş tutub.

Qeyd olunur ki, bütün bu sadalanan hadisələr Yoav Qalantın gözlənilən istefası ilə bağlı şayiələr fonunda baş verir.

Oxu.az

Chosen
7
1
qaziler.az

2Sources