EN

Hündürlükdən yıxılan şəxs xəstəxanada öldü

Saatlıda hündürlükdən yıxılan şəxs xəstəxanada ölüb.   Manset.az APA-ya istinadən xəbər verir ki, 5 gün əvvəl Saatlı rayonunun Sarıcalar kənd sakini, 1964-cü il təvəllüdlü Ələsgər Yusif oğlu Əsgərov qardaşının həyətində iş görərkən hündürlükdən yıxılıb.

Komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Ə.Əsgərov bu gün səhər saatlarında dünyasını dəyişib.

Chosen
3
8
manset.az

9Sources