EN

Saatlıda hündürlükdən yıxılan şəxs xəstəxanada öldü

Saatlıda hündürlükdən yıxılan şəxs xəstəxanada ölüb.

KONKRET.az xəbər verir ki, 5 gün əvvəl Saatlı rayonunun Sarıcalar kənd sakini, 1964-cü il təvəllüdlü Əsgərov Ələsgər Yusif oğlu qardaşının həyətində iş görərkən hündürlükdən yıxılıb.

Komatoz vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Ə.Əsgərov bu gün səhər saatlarında dünyasını dəyişib.(apa)

 

Chosen
4
8
konkret.az

9Sources