EN

Saatlıda faciəvi hadisə baş verib

Saatlıda faciəvi hadisə baş verib

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlıda hündürlükdən yıxılan şəxs xəstəxanada ölüb.

5 gün əvvəl Saatlı rayonunun Sarıcalar kənd sakini, 1964-cü il təvəllüdlü Əsgərov Ələsgər Yusif oğlu qardaşının həyətində iş görərkən hündürlükdən yıxılıb.

Komatoz vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Ə.Əsgərov bu gün səhər saatlarında dünyasını dəyişib.

Chosen
421
8
apa.az

9Sources