EN

İspaniya La Liqası: “Barselona” növbəti qələbəsini qazanıb

İspaniya La Liqasında VII turun oyunları davam edir. SİA xəbər verir ki, çempionluq mübarizəsi aparan “Barselona” doğma meydanda “Xetafe”ni qəbul edib. Görüş Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 19-cu dəqiqədə Robert Levandovski vurub. “Barselona” hazırda 21 xalla turnir cədvəlinə başçılıq edir.

Chosen
6
3
sia.az

4Sources