EN

İspaniya La Liqası: “Barselona” növbəti qələbəsini qazanıb

İspaniya

Bakı, 26 sentyabr, AZƏRTAC

İspaniya La Liqasında VII turun oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, çempionluq mübarizəsi aparan “Barselona” doğma meydanda “Xetafe”ni qəbul edib. Görüş Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 19-cu dəqiqədə Robert Levandovski vurub. “Barselona” hazırda 21 xalla turnir cədvəlinə başçılıq edir.

Chosen
32
3
azertag.az

4Sources