EN

"80 il öncə dünya alyansı Hitleri dayandırdığı kimi, Netanyahunu da dayandırmalıdır" - Ərdoğan

"İsrail insan haqlarına etinasız yanaşır, beynəlxalq hüququ pozur,  Fələstin xalqına qarşı etnik təmizləmə aparır..."
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 24-də BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edib. O, öz nitqinə İsrailin ünvanına kəskin bəyanatla başlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Assaciated Press" informasiya agentliyi məlumat yayıb.
 
Ərdoğan qeyd edib ki, İsrail hökuməti insan haqlarına etinasız yanaşır, beynəlxalq hüququ pozur və fələstinlilərə qarşı etnik təmizləmə həyata keçirir. O, həmçinin İsraili millətə və xalqa qarşı açıq şəkildə soyqırımda və Fələstin torpaqlarının tədricən işğalında ittiham edib.
 
"İsrailin davranışı növbəti dəfə onu nümayiş etdirib ki, beynəlxalq birlik tərəfindən Fələstinin mülki şəxslərinin müdafiə olunması mexanizminin işlənib hazırlanması son dərəcə vacibdir", - o, bəyan edib.
 
"80 il öncə dünya alyansı Hitleri dayandırdığı kimi, eynilə Netanyahu və onun qatillər şəbəkəsini də dayandırılmalıdır, bu, bəşəriyyət alyansı tərəfindən dayandırılmalıdır", - Ərdoğan əlavə edib.
 
O, Təhlükəsizlik Şurasına İsrailə qarşı məcburi tədbirlər tətbiq etməyə (sanksiyalar nəzərdə tuulur-red.) çağırış edib və bəyan edib ki, Baş Assambleya "Qəzza bölgəsində dərhal atəşkəsə, girovlar mübadiləsinə və humanitar yardımın maneəsiz çatdırılmasına nail olmaq üçün güc tətbiq edilməsini tövsiyə etməlidir.
 
İsrailin tərəfdarları, xüsusilə Birləşmiş Ştatlara toxunarkən Ərdoğan bəyan edib ki, onların dəstəyi Qəzza bölgəsində təcavüzün hələ də davam etməsinə səbəb olib. Çünki, guya, atəşkəs üzərində işləyərək, onlar İsrailə silah və döyüş sursatları göndərməkdə davam edir. 
 
Çıxışının sonunda Ərdoğan deyib ki, İsrail sülh istəmir, hər vəchlə vaxtı uzadır, nizamlanma prosesini çətinləşdirir, demək olar ki, onu mümkünsüz edir.
 
İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon jurnalistlərlə söhbətində Ərdoğanın Hitleri xatırlatmasına etiraz edib və İsrailin Qəzza və Livanda törətdiyi qanlı cinayətlərə haqq qazandırmağa cəhd göstərib.
 
Danon deyib ki, İsrail Livana qoşun göndərmək istəmir, lakin "Hizbullah"ın raket atəşlərinin qarşısının alınması üçün bütün zəruri olanları edəcək. 
 
İsrailin şimal qonşusunun ərazisinə yerüstü hərbi müdaxilə edib-etməyəcəyi barədə suala cavabında Danon bəyan edib ki, yəhudi dövləti, harada olmasından asılı olmayaraq, hər-hansı yerüstü əməliyyat keçirməyi heç də arzulamır.
 
"Biz məsələlərin diplomatik həllinə üstünlük veririk. Amma bu, işlək olmayanda başqa metodlardan istifadə edirik ki, qarşı tərəf bizim ciddi ovqatda olduğumuzu anlasın", - o, deyib.
 
Səfirin sözlərinə görə, Netanyahu dünya liderlərinin illik görüşündə çıxış etmək üçün cümə günü Nyu-Yorka gəlməyi planlaşdırır. Lakin Danon qeyd edib ki, "hər şey dinamik inkişaf edir" və baş nazirin planları dəyişə bilər.
Chosen
16
32
moderator.az

10Sources