EN

"Vampir uşaq" əsrlər sonra ortaya çıxdı — Dəhşətli fakt (FOTOLAR)

Polşada tarixi kilsənin yaxınlığında təmir işi aparan işçilər iki orta əsr uşağının qalıqlarını aşkar ediblər.

Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, onlardan birində "vampir dəfni" əlamətləri olub.

Orta əsrlərdə Şərqi Avropada vampirlərə inanc geniş yayılmışdı və vampir olmaqda şübhəli bilinən insanlar xüsusi adət-ənənələrə uyğun olaraq dəfn edilirdilər.

Əvvəlki qazıntılarda tapılan bəzi "vampir uşaqları" ayaqlarına asma qıfıllar bağlanaraq basdırılmışdı. Bu, insanların ölülərin diriləcəyindən qorxduğunu ortaya qoyur. Bəzi hallarda, şübhəli "vampirlər"in cəsədləri çıxarılır, parçalara ayrılır, hissə-hissə iti əşyalarla dirəyə sancılır və ya ağırlıqlardan asılırdı.

"İndependent" qəzetinə görə, son kəşf erkən orta əsrlərə aiddir və uşaqlardan ən azı birində "vampir dəfni"nə dair dəlillər var. Qəbiristanlıq ətrafında tapılan çöküntülərin təhlili və keramika məmulatlarının tarixləri uşaqların təxminən XIII əsrdə yaşadığını göstərir.

Orta əsrlərdə xurafatlar geniş yayılmışdı və insanlar tez-tez tibbi vəziyyəti vampirizm və ya iblislərə sahib olmaq kimi fövqəltəbii səbəblərlə əlaqələndirirdilər.

Əvvəlki araşdırmalar bu dövrdə şübhəli bilinən bir çox "vampir"in vərəmdən əziyyət çəkdiyini ortaya qoyub. "Vampir" olduğu güman edilən ölülər nə tabutlarda, nə də digər ənənəvi dəfn əşyaları ilə birlikdə basdırılmayıb.

Dövrün ümumi adət-ənənələrinə görə, ölülər şərq-qərb istiqamətində, kəllə sümüyü qərbə çevrilmiş şəkildə qoyulurdu. Bununla belə, tədqiqatçılar ölən uşaqlardan birinin başının cəsəddən ayrılmış vəziyyətdə tapıldığını, kəllə sümüyünün isə məzar çuxuruna çevrilərək yerə baxdığını bildiriblər. Arxeoloq Stanislav Qolub uşağın bədəninə də daşların qoyulduğunu bildirib.

"Üzü aşağı basdırmaq, başını kəsmək, cəsədi daşla sıxmaq şeytan məxluq olduğu düşünülən bir insanın məzardan qaçmasının qarşısını almaq üçün istifadə edilən dəfn üsullarından bəziləridir", deyə tədqiqatçılar bildirib.

Arxeoloqlar hələ də dəfn edilmiş uşaqların cinsi, yaşı və ölüm səbəbi ilə bağlı təfərrüatları müəyyən edə bilməyiblər. Lakin onlar düşünürlər ki, skeletlərin sonrakı təhlili unikal kəşf haqqında əlavə məlumat verə bilər.







Jalə
Demokrat.az
Chosen
6
demokrat.az

1Sources