EN

Dünənki qəzada həlak olan hərbçilərin FOTOLARI

Ötən gün Biləsuvar rayonunda baş vermiş ağır qəzada ikisi hərbçi olmaqla beş nəfər həlak olub.

 

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, vəfat edən hərbçilər - Cəlilabad rayonundan olan 1994-cü il təvəllüdlü Pərviz Allahşükür oğlu Hüseynov və 1995-ci il təvəllüdlü Vasif Əkbər oğlu İsayev Vətən müharibəsi iştirakçıları olublar.

 

Qeyd edək ki, toy karvanında yer alan "VAZ" markalı avtomobilin yük maşınına çırpılması nəticəsində toya gedən beş nəfər ölüb. Onlardan biri dünən toyu planlaşdırılan bəyin bacısı, digərləri isə yaxın qohumu olub.

Chosen
28
30
modern.az

10Sources