EN

Bakıda üç qəsəbədə su kəsiləcək


Sabah Bakının Balaxanı, Sabunçu və Ramana qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Fasiləyə səbəb, su anbarından çıxan xəttin üzərinə sayğacın quraşdırılması səbəbilə saat 06:00-dan 20:00-a qədər təmir işlərinin aparılmasıdır.
Qeyd edilib ki, işlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi istiqamətində prosedurlara başlanılacaq.
Chosen
4
49
yeniavaz.com

10Sources