EN

Azərbaycanın hərbi sənaye imkanları hansı səviyyədədir?SORĞU

Azərbaycanın

Bakı, 25 sentyabr, AZƏRTAC

Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycanın hərbi sənaye imkanlarına ictimai münasibəti öyrənmək məqsədilə əhali arasında sorğular keçirib.

AZƏRTAC xəbər verir ki, sorğunun ümumi nəticələri ölkənin hərbi sənaye potensialının yüksək qiymətləndirildiyini göstərir. Belə ki, “Sizcə, Azərbaycanın hərbi sənaye imkanları hansı səviyyədədir?” sualına respondentlərin əhəmiyyətli hissəsi, yəni, 74,9 faizi “güclüdür” cavabını verib. Sorğu iştirakçılarının 17,1 faizi Azərbaycanın hərbi sənaye imkanlarının orta səviyyədə, 2,3 faizi zəif olduğunu düşünür. 5,7 faizi bu suala cavab verməkdə çətinlik çəkib.

Nəticələrin respondentlərin yaş qruplarına və təhsil səviyyələrinə görə təhlili gənc nəslin və ali təhsilli sorğu iştirakçılarının Azərbaycanın hərbi sənaye imkanlarını yüksək səviyyədə qiymətləndirdiyini göstərir.

Sorğular sentyabrın 17-27-də yaşı 18 və ondan yuxarı olan 388 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə çərçivəsi ehtimallı üsulla və ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib, gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.

Sorğular tam anonim və könüllü iştirak əsasında aparılıb. Respondentlərə nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95 faiz əminlik intervalında 5 faiz təşkil edir.

Chosen
5
8
azertag.az

10Sources