EN

Azərbaycan Ermənistana alternativ qaz vermək istəsə, bunu müzakirə edə bilərik - Tunyan

Bakının belə bir istəyi olarsa, Azərbaycan qazının alınması məsələsi müzakirə oluna bilər.Bizimyol.info xəbər verir ki, bunu Ermənistan parlamentində keçirilən brifinqdə “Mülki müqavilə” fraksiyasından olan deputat, iqtisadi məsələlər üzrə daimi komissiyanın sədr müavini Babken Tunyan deyib.II Ümumerməni Sammiti zamanı baş nazir Nikol Paşinyan Ermənistanın Azərbaycandan qaz idxal edə biləcəyini istisna etməyib.“Azərbaycandan qazın alınıb-alınmayacağı daha çox gələcəyin məsələsidir və bu, sırf nəzəri məsələdir. Amma elə bir vəziyyət yaranarsa, Azərbaycanla ticarət əlaqələri qura bilsək və hər hansı resursa ehtiyacımız olsa, daha ucuz, keyfiyyətli resursu kimin təmin etdiyini düşünməliyik. Əgər bu resurs Azərbaycan tərəfindən təmin edilirsə, o zaman bu məsələ Ermənistanın maraqlarına uyğundursa, müzakirə oluna bilər. Eyni zamanda, təbii ki, diversifikasiya prinsipini və alternativ mənbələri qorumaq lazımdır”, - deyə o bildirib.“Ermənistan ondan qaz alsa, Azərbaycandan asılı olacaqmı” sualına hakim fraksiya üzvü vurğulayıb ki, asılılıq yalnız enerji resursları bir mənbədən alındıqda yaranır.O xatırladıb ki, Ermənistan qazı əsasən Rusiyadan, eləcə də İrandan alır və üçüncü mənbədən qaz almaq ölkənin enerji müstəqilliyinin və təhlükəsizliyinin səviyyəsini yalnız artıracaq.

Chosen
12
3
dia-az.info

8Sources