EN

Azərbaycan bu ölkə ilə idman sahəsində əməkdaşlıq edəcək

Sentyabrın 24-də gənclər və idman naziri Fərid Qayıbov Konqo Demokratik Respublikasının idman və istirahət naziri Didye Budimbu Ntubuanqanı və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Futbolpress.az xəbər verir ki, görüşdə Fərid Qayıbov qonaqları salamlayıb və iki ölkə arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Qonaq ölkəmizdə olduğu müddətdə bir sıra idman qurğularının fəaliyyəti ilə tanış olduğunu qeyd edib və Bakıda müasir idman infrastrukturunun onda xoş təəssürat yaratdığını bildirib.

Sonda Fərid Qayıbov və Didye Budimbu Ntubuanqa Azərbaycan Respublikası ilə Konqo Demokratik Respublikası arasında idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.

Chosen
2
7
futbolpress.az

8Sources