EN

Ağcabədidə AĞIR QƏZA: 1 ölü, 3 yaralı var 

Ağcabədidə ölümlə nəticələnən yol qəzası olub.

Hadisə Poladlı kəndində baş verib. Şükürzadə Mahir İldırım oğlunun idarə etdiyi "VAZ-21074" markalı avtomobillə manevr qaydalarını pozması nəticəsində qarşıdan gələn "Tofaş" markalı avtomobillə toqquşub.

Nəticədə hər iki sürücü və "Tofaş"da olan 2 sərnişin xəsarət alaraq, xəstəxanaya yerləşdiriliblər. Mahir Şükürzadə yerləşdiyi Bərdə rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanıb./ Lent.az 


Chosen
10
1
referans.az

2Sources