EN

Bu ərazilər susuz qalacaq

Bu gün bəzi ərazilərdə suyun verilişində məhdudiyyətlər olacaq.

Bu barədə Olaylar-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, "Şollar" su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar sentyabrın 24-dən 25-nə keçən gecədən 25 sentyabr saat 17:00-a qədər Abşeron rayonu, Çaylı, Aşağı Güzdək, Pirəkəşkül qəsəbələri, Qobustan rayonu, 28 May, Nübar, Hökməli, At yalı, Mexkolon ərazilərinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.

Təmir işləri bitəndən sonra suyun əvvəlki rejimlə bərpası təmin olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
17
13
olaylar.az

10Sources