EN

UEFA-nın "Qarabağ"la bağlı növbəti qərarı - AÇIQLANDI

İngiltərədə yerli "Tottenhem" və "Qarabağ" arasında keçiriləcək Avropa Liqasının Liqa mərhələsinin I turunun oyununu fransalı hakim idarə edəcək.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma FIFA referisi Villi Delajoya tapşırılıb.

Ona həmyerliləri Ervan Finjan və Filip Jan köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Tomas Leonard yerinə yetirəcək. VAR-da Benua Miyo, AVAR-da Alan Kiyas (Avstriya) əyləşəcək.

Sentyabrın 26-da keçiriləcək “Tottenhem” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Chosen
16
29
sportinfo.az

10Sources