EN

"Qarabağ" üçün uğurlu hakim - Villi Delajo

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



UEFA Avropa Liqasının Liqa mərhələsinin ilk turunda "Tottenhem" - "Qarabağ" görüşünü idarə edəcək fransalı hakim Villi Delajo azərbaycanlı futbolsevərlərə heç də yad deyil.
Oxu.Az xəbər verir ki, 2023-cü ildə UEFA Avropa Liqasının pley-off mərhələsində Finlandiyanın HİK komandası ilə qarşılaşan "Qarabağ"ın görüşünü idarə edən Villi Delajo komandamız üçün uğurlu sayılan hakimlərdəndir.
Təxminən bir il öncə HIK - "Qarabağ" görüşünü idarə etmiş fransalı hakim qarşılşamada verdiyi qərarlarla azərbaycanlı futbolsevərlərin rəğbətini qazana bilmişdi.
Belə ki, 2023-cü ilin avqust ayının 17-də keçirilən görüşün 16-cı dəqiqəsində HİK klubunun futbolçusu Kuassavi-Benissana ikinci sarıdan qırmızı vərəqə göstərən hakim, daha sonra ilk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə rəqib qapısına penalti təyin etmişdi.
Xatırladaq ki, Finlandiyada keçirilən həmin görüş "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.
Qeyd edək ki, 2023-cü ildə UEFA Avropa Liqasında çıxış edən "Qarabağ" 1/16 final mərhələsində "Braqa"nı məğlub edərək tarixində ilk dəfə 1/8 finala vəsiqə qazansa da, bu mərhələdə "Bayer Leverkuzen"ə iki oyunun nəticəsinə görə (4:5) uduzan "köhlən atlar" mübarizəni dayandırmışdılar.
Anar Həsənov
Chosen
615
1
oxu.az

10Sources