EN

Azercell və GSMA əməkdaşlığı gücləndirir

Bakı. Trend:

“Azercell Telekom” MMC və Beynəlxalq GSM Assosiasiyası stratejitərəfdaşlığı gücləndirir. Cari ilin may ayında Bakıda baş tutanikinci GSMA M360 konfransında aparılan danışıqlara əsasən buəməkdaşlıq yeni sahələri əhatə etməyə başlayır.

Xatırladaq ki, GSMA münbit biznes mühitinin yaradılması,innovasiya və sosial dəyişikliyin təşviqi məqsədilə mobilekosistemi bir araya gətirən qlobal təşkilatdır. Konfransçərçivəsində Azercell və Assosiasiyasının rəhbər heyəti arasındakeçirilən görüşdə süni intellektin telekommunikasiya sahəsindətətbiqi imkanları və ümumilikdə bu tərəfdaşlığın potensial inkişafistiqamətləri müzakirə edilmişdir. Nəticədə “GSMA Advance”ınAzercell əməkdaşları üçün xüsusi təlimlər təşkil edəcəyi barədərazılıq əldə olunmuşdur.

Təlimlər Əşyaların interneti, mobil məxfilik vəkibertəhlükəsizlik, telekommunikasiya siyasətinin tənzimlənməsi vədigər bu kimi mühüm mövzulara toxunaraq şirkət əməkdaşlarının yenidövrün iş bazarına uğurlu adaptasiyasına dəstək olacaq. Qeyd edəkki, kurslara artıq start verilib.

Ölkənin telekommunikasiya bazarının inkişafına töhfə verməyihədəfləyən Azercell bu istiqamətdə GSMA ilə birgə yeni layihələrhəyata keçirməyə davam edəcək.

Chosen
10
15
az.trend.az

10Sources