EN

Toy yasa döndü - 5 nəfər öldü - FOTOLAR

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, sentyabrın 24-də saat 14:50 radələrində Bəhrəmtəpə-Biləsuvar yolunda Pərviz Hüseynovun idarə etdiyi "VAZ 21010" markalı minik avtomobili ilə N.Mehtiyevin idarə etdiyi MAN markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinlər Lalə Hüseynova, Mehriban Hüseynova, Xoşbəxt Hüseynova və Vasif İsayev ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Biləsuvarda baş verən ağır yol qəzasının təfərrüatları məlum olub. Belə ki, Bəhrəmtəpə-Biləsuvar yolunda toy karvanında olan “LADA-012” markalı minik avtomobili MAN markalı yük maşınına çırpılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-ə TƏBİB-dən bildirilib ki, bu gün saat 14:30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1991-ci il təvəllüdlü (qadın cinsli) şəxs ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona qapalı kəllə-beyin travması, çoxsaylı yaralar, o cümlədən sağ bud və alt çənə sümüyünü sınığı diaqnozları təyin edilib. Dərhal reanimasiyon tədbirlərin həyata keçirilməsinə baxmayaq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə nəticəsində daha 4 nəfərin həkiməqədər ölümü qeydə alınıb.

İlkin məlumata görə, qəzada ölənlər Cəlilabad rayon sakinləridir. Onlar toy karvanında Ağcabədidən gəlin gətirirmişlər.

AZƏRTAC

Chosen
8
7
operativmm.az

10Sources