EN

Çin avtomobillərinin populyarlığının arxasında nələr durur? - Elməddin Muradlı

Son dövrlərdə avtomobil bazarında Çin istehsalı olan avtomobillərin artan populyarlığı, müştərilərin seçimlərini təsir edən bir çox faktora səbəb olub.

Bunu Fins.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deytib. O bildirib ki, bu fərqlərin daha aydın görünməsinə kömək edir:

“Çin avtomobilləri, adətən, Avropa istehsalı avtomobillərdən daha sərfəlidir. Məsələn, ənənəvi bir avtomobili 100,000 manata alarkən, eyni xüsusiyyətlərə malik Çin avtomobilini 50,000 manata bazara çıxarmaq mümkündür. Bəzən yeni Çin avtomobili ikinci əl ənənəvi avtomobilin qiymətinə satıla bilər. Bu qiymət fərqləri, alıcılar üçün böyük bir üstünlük yaradır. Eyni xüsusiyyətlərə malik avtomobillər arasında belə bir fərq, müştərilərin daha sərfəli seçimlər etməsinə imkan tanıyır".

E.Muradlının sözlərinə görə, qiymət qədər əhəmiyyətli olan bir digər məsələ isə keyfiyyətdir və Çin avtomobillərinin təhlükəsizlik standartlarının yüksək olması, zəmanət müddətinin (beş-altı il) olması və müasir texnologiyaların tətbiqi alıcılar arasında maraq doğurur.

"Bu, müştərilərin avtomobilləri seçərkən yalnız qiymətə deyil, həm də təhlükəsizlik və texnoloji inkişaflara diqqət yetirdiklərini göstərir. Çin istehsalı olan avtomobillər, müasir texnologiyaların tətbiqi ilə yanaşı, uzun müddətli zəmanət təminatı ilə də seçilir. Bu, alıcıların avtomobilləri uzun müddət istifadə etmə imkanını artırır, eyni zamanda, müştərilərin güvənini qazanır".

ənənəvi avtomobil markaları ilə Çin istehsalı avtomobillər arasında qiymət və keyfiyyət baxımından ciddi fərqlər mövcuddur. Qiymət sərfəliliyi və keyfiyyətin yüksəlməsi, müştərilərin seçimində Çin istehsalı avtomobillərin üstünlük təşkil etməsinə səbəb olur. Gələcəkdə avtomobil bazarının bu dinamikası, istehsalçıların strategiyalarını da dəyişməyə məcbur edəcəkdir.

Fuad Mədətov
Fins.az

Chosen
7
43
fins.az

10Sources