EN

Bərdə Rayon Mərkəzi Xəstəxanasının kollektivi və Bərdə Rayon Səhiyyə Təşkilatı Həmkarlar İttifaqı Şurasının təşkilatçılığı ilə 08.09.2024-cü il tarixdə Xankəndi, Şuşa şəhərlərinə və Ağdam rayonuna səfər təşkil olunub.

Səfərdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının rəhbər şəxsləri – direktor, şöbə və bölmə müdirləri, böyük tibb bacıları və müxtəlif ixtisaslardan olan tibb işçiləri iştirak ediblər.


Bu səfər tarixi qayıdışımızın bir parçası olaraq, iştirakçıların hər birinin həyatında dərin izlər buraxıb. Səfər zamanı işğaldan azad olunmuş ərazilər və tarixi abidələr ziyarət edildi, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimiz yad olundu və onların ruhuna dualar oxunub. Bu cür tədbirlər, həm də milli birliyimizi gücləndirmək və şəhidlərimizin xatirəsini yaşatmaq məqsədini daşıyır.

Chosen
10
arantv.az

1Sources