EN

"Qızıl top" mükafatı "Real"ın futbolçusuna veriləcək?

Image

İspaniyanın məşhur "Marca" nəşri maraqlı iddia ilə çıxış edib. Nəşrin iddiasında deyilir ki, “France Football” nəşrinin təsis etdiyi "Qızıl top" mükafatı "Real" klubunun və Braziliya millisinin üzvü Vinisius Juniora veriləcək.
Qeyd edək ki, Vinisius Junior 2023/2024 mövsümündə Madrid təmsilçisi ilə İspaniya çempionu olub. O, bundan əlavə UEFA Çempionlar Liqasını və UEFA Superkubokunu da qazanıb. Vinger 49 matçda 26 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb. "Qızıl top" mükafatı oktyabrın 28-də Parisdə təqdim olunacaq.

Mətləb





Chosen
3
19
baki-xeber.com

10Sources