EN

Bərdədə keçmiş məhkum tutuldu: Qaçaqmalçılıq yolu ilə ölkəyə marixuana gətiribmiş

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin alqı-satqısını təşkil etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Məmmədəli Məmmədov saxlanılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Bildirilib ki, ondan 5 kiloqrama yaxın narkotik vasitə marixuana aşkarlanıb. M.Məmmədov ifadəsində marixuananı İrandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirdiyini və satışını təşkil etmək üçün yaşadığı Bərdə rayonuna gətirdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Chosen
14
50
oxu.az

10Sources