EN

İsrail Baş Qərargahı Livanda qabaqlayıcı hücum əməliyyatına başladığını elan edib

İsrail Müdafiə Qüvvələri (IDF) Livanda hücum əməliyyatına başlayıb və Livanın şiə Hizbullah hərəkatının hərbi infrastrukturunu ləğv edir.

Bu barədə İsrail Baş Qərargahının rəhbəri Herzi Halevi məlumat verib.

“Bu səhər İsrail Müdafiə Qüvvələri qabaqlayıcı hücum əməliyyatına başlayıb. Biz Hizbullahın 20 ildir tikdiyi hərbi infrastrukturu məhv edirik. Bu, çox vacibdir”, - deyə Halevi qeyd edib.

O əlavə edib ki, İDF hərəkatın hərbi obyektlərinə zərbələr endirir və növbəti mərhələlərə hazırlaşır. Halevinin fikrincə, İsrailin məqsədi yəhudi dövlətinin məcburi köçkünlərinə evlərinə ölkənin şimal bölgələrinə qayıtmaq imkanı verməkdir.

Chosen
33
5
aznews.az

7Sources