EN

Bakı-Sumqayıt qatarlarında qiymətlər artırılacaq

Qiymətlərin 10-20 qəpik artacağı bildirilir

Sentyabrın 25-dən Bakı-Sumqayıt qatarlarında qiymətlər artırılacaq.

"Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında bildirib.

"Sərnişinlər minimum 40 qəpik ödəməklə mənzilbaşına çatacaq ki, bu da ölkədə ictimai nəqliyyat növləri arasında ən aşağı tarifdir. Ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gediş haqları məsafədən asılı olaraq 10-20 qəpik artırılacaq”, – Azər Fərəcov deyib.

Hazırda Bakı-Sumqayıt qatarları üzrə gedişhaqqı üzrə maksimal tarif 1 manatdır.
Chosen
11
31
arqument.az

10Sources