EN

Azərbaycan kikboksçusu yarımfinalda məğlub oldu -Video

Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə (+95 kq) Niderlandda baş tutan "Glory" Qran-prisində yarımfinalda məğlubiyyəti barədə danışıb.

Xəzərnews.az xəbər verir ki, bu barədə Bəhram Rəcəbzadə bildirib ki, döyüşü həkimin qərarına əsasən dayandırmalı olub.

"Əslində, xal hesabında rəqibimdən öndə idim. Sadəcə, qaşımdan aldığım travma döyüşə davam etməyimə imkan vermədi. Həkim döyüşə davam edəcəyim təqdirdə göz damarlarımın partlama ehtimalı olduğunu və mübarizəni dayandırmalı olduğumu dedi. Öndə olduğum döyüşü belə bitirmək istəməzdim. Hazırda zədəmin sağalmasını gözləyirəm, əgər hər şey qaydasında davam edərsə, dekabr ayında yenidən döyüşəcəyəm", - deyə B.Rəcəbzadə bildirib.

Məlumat üçün bildirək ki, "Glory" Qran-prisinin mükafatı 500 000 ABŞ dollarıdır.



Xəbər 3 dəfə oxunub.
Chosen
10
10
xezernews.az

10Sources