EN

“Gəncə” yeni transferini reallaşdırdı

"Gəncə" basketbol klubu yeni transferini reallaşdırıb.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azər Əzimovla 1 illik anlaşma imzalanıb.

195 sm boya malik 20 yaşlı basketbolçu müdafiəçi mövqeyində oynayır. Ötən mövsümü "Sərhədçi"də keçirən oyunçu Azərbaycanın U-20 yığmasına da dəvət alıb.

Azər Əzimov Gəncə təmsilçisində 7 nömrəli formanı geyinəcək.

"Sarı-göylər" daha əvvəl yerli basketbolçulardan Elşad Şirzadov, Maqsud Rüstəmov, Nicat Hüseynov, əcnəbilərdən isə Lavon Holland, Kaan Yıldırımkanlı, Cordan Forbs və Marqus Gilson ilə müqavilə bağlayıb.

Chosen
3
6
rekord.az

8Sources