EN

İranda sənaye şəhərində güclü partlayış olub

İranda Gərmsar sənaye şəhərində güclü partlayış baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gərmsar Qızıl Aypara Cəmiyyətinin sədri Həmid Məcidi IRNA-ya bildirib.

H. Məcidinin sözlərinə görə, hadisə yerinə Qızıl Aypara, Fövqəladə Hallar və Yanğından Mühafizə İdarəsinin əməliyyat qrupları göndərilib.

“Yanğının sahəsi böyükdür. Növbəti partlayışların baş vermə ehtimalı yüksəkdir”, - sədr bildirib.

Chosen
66
3
iqtisadiyyat.az

3Sources