EN

“X”-ə beş gün vaxt verildi: tələb olunan sənədləri göndərməsələr...

Braziliya Ali Məhkəməsi ölkədə girişi bloklanan “X”-dən 5 gün ərzində təyin etməyə razılaşdığı qanuni nümayəndə üçün lazımi sənədləri təqdim etməsini istəyib.

Publika.az xəbər verir ki, bu barədə Braziliya Ali Məhkəməsinin hakimi Alexandre de Moraes açıqlama verib.

Açıqlamada “X”-in vəkil Rachel de Oliveira Villa Nova Conceiçaonu ölkədəki qanuni nümayəndəsi təyin etdiyi bildirilib. "X"-dən isə 5 gün ərzində nümayəndəsi üçün lazımi sənədləri təqdim etməsi tələb edilib.

Xatırladaq ki, Braziliyada Ali Məhkəmə keçmiş prezident Jair Bolsonaroya qarşı "çevriliş cəhdi" istintaqı çərçivəsində “X”-dən bəzi insanlar haqqında məlumat verməsini və bəzi hesabları bloklamasını tələb edib. Müraciət rədd edildikdən sonra məhkəmə “X”-ə ölkədə qanuni nümayəndə təyin etmək üçün 24 saat vaxt verib. Şirkət həmin vaxt ərzində qanuni nümayəndə təyin edə bilmədikdən sonra, Braziliya Ali Məhkəməsi ölkədə “X”-ə girişin bloklandığını elan edib.

Chosen
12
9
publika.az

10Sources