15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 25-26-da Bakıda təlim-məşq toplanışı keçəcək.
Futbolinfo.az xəbər verir ki, millimiz sentyabrın 27-dən oktyabrın 5-dək Belarusun paytaxtı Minskdə UEFA İnkişaf Turnirində iştirak edəcək.
U-15 Belarus Futbol Federasiyasının Təlim-Məşq Mərkəzində Belarus, Rusiya və Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Millimizə dəvət olunan futbolçuların adlarını və oyunların təqvimini diqqətinizə çatdırırıq:
29 sentyabr
19:00. Belarus – Azərbaycan
1 oktyabr
16:00. Azərbaycan – Rusiya
4 oktyabr
17:00. Azərbaycan – Qazaxıstan
Qeyd: oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.