EN

İnsan ölüm anında bunları yaşayır - ŞOK

İnsan beyni hətta ürək dayanmasından sonra da əhəmiyyətli aktivlik nümayiş etdirir. 

Bunu Estoniyanın Tartu Universitetinin alimləri aşkar ediblər. 

“Cebheinfo.az” xəbər verir ki, məlumatı “LADbible” yayıb.

Alimlər ölüm anında beyin fəaliyyətini öyrənmək üçün gözlənilmədən nadir fürsət əldə ediblər. Epilepsiya xəstəsi olan 87 yaşlı xəstənin planlı müayinəsi zamanı o, infarkt keçirib. 

Tədqiqatçılar beynin elektrik fəaliyyətinin qeydi olan elektroensefaloqramma çəkməyə davam etdilər və ürəyin dayanmasından sonra da orqanın bunu göstərməyə davam etdiyini görüblər.

Elm adamlarının xüsusi diqqətini çəkən isə ölüm anındakı dalğaların yuxular, xatirələr və meditasiya zamanı müşahidə olunanlara bənzəməsi olub. Bu kəşf klinik ölümlə üzləşmiş insanların bildirdiyi “gözümüzün önündən keçən həyat” fenomeninə işıq sala bilər.

Elmi işə rəhbərlik edən neyrocərrah Ajmal Zemmar fərziyyə irəli sürüb ki, həyatın son anlarında beyin ən vacib xatirələri canlandıra bilir. 

Chosen
33
8
cebheinfo.az

9Sources