EN

Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək

15 yaşadək (U-15) futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 27-dən oktyabrın 5-dək Belarusun paytaxtı Minskdə UEFA İnkişaf Turnirində iştrak edəcək.

Fanat.Az xəbər verir ki, milli yarışa hazırlıq məqsədi ilə sentyabrın 25-26-da Bakıda təlim-məşq toplanışı keçəcək.

U-15 Belarus Futbol Federasiyasının Təlim-Məşq Mərkəzində Belarus, Rusiya və Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Millimizə dəvət olunan futbolçuların adlarını və oyunların təqvimini diqqətinizə çatdırırıq:

1. Bilal Hacıyev - Qarabağ
2. Murad Quluzadə - Sabah
3. Uğur Qurbanlı - Qarabağ
4. Vaqif Nəbiyev - Qarabağ
5. Ömər Fətəliyev - Qarabağ
6. Roman Fərzəli - Qarabağ
7. Əbubəkir Abdullayev - Sabah
8. Vaqif Məmmədli - Sabah
9. Cəfər Cəfərzadə - Sabah
10. Nihad Hüseynzadə - Sabah
11. Nazim Əliyev - Srvena Zvezda, Serbiya
12. Rəşad Şirməmmədli - Neftçi
13. Firdovsi Şeydayev - Sabah
14. Əli Bəşirov - Qarabağ
15. Xəzər Hüseynzadə - Sabah
16. Cavidan Əlizadə - Qarabağ
17. Tunar Əsgərzadə - Sumqayıt
18. Daniil Rəcəbov - Qarabağ
19. Rəvan Məmmədov - Sabah
20. Ömər Kosayev - Sumqayıt
21. Oqtay Mehrəliyev - Qarabağ
22. Hüseyn Mehralızadə - Sumqayıt
23. Arda Əzizli - Qarabağ

Millinin oyunlarının təqvimi belədir:

29 sentyabr

19:00. Belarus – Azərbaycan

1 oktyabr

16:00. Azərbaycan – Rusiya

4 oktyabr

17:00. Azərbaycan – Qazaxıstan

Chosen
83
5
fanat.az

10Sources