EN

Millimiz UEFA İnkişaf Turnirində iştrak edəcək

15 yaşadək (U-15) futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 27-dən oktyabrın 5-dək Belarusun paytaxtı Minskdə UEFA İnkişaf Turnirində iştrak edəcək.

İdmanxeber.az xəbər verir ki, milli yarışa hazırlıq məqsədi ilə sentyabrın 25-26-da Bakıda təlim-məşq toplanışı keçəcək.

U-15 Belarus Futbol Federasiyasının Təlim-Məşq Mərkəzində Belarus, Rusiya və Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Millimizə dəvət olunan futbolçuların adlarını və oyunların təqvimini diqqətinizə çatdırırıq:

29 sentyabr

19:00. Belarus – Azərbaycan

1 oktyabr

16:00. Azərbaycan – Rusiya

4 oktyabr

17:00. Azərbaycan – Qazaxıstan

Chosen
50
4
idmanxeber.az

10Sources