EN

Azərbaycanda şagird sinif yoldaşının atası tərəfindən döyüldü

Beyləqan rayon 1-ci Şahsevən kənd Əli Rüstəmov adına tam orta məktəbdə şagirdlər arasında mübahisə baş verib.
ARANTV.AZ xəbər verir ki, modern.az-ın məlumatına görə, mübahisədən sonra şagirdlərdən birinin valideyni digər məktəbliyə xəsarət yetirib.
Mövzu ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib ki, Beyləqan rayonu 1-ci Şahsevən kəndi Əli Rüstəmov adına 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Musa Zahid oğlu Həsənov sinif yoldaşı Yusif Ruslan oğlu İbişzadənin atası tərəfindən döyülüb:
“Şagird Musa Həsənovun anası, məktəbin ibtidai sinif müəllimi Səidə Həsənova Daxili İşlər Nazirliyinin 102 “qaynar xətt”inə zəng edərək polisə şikayət edib. Hazırda Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
20
arantv.az

10Sources