EN

İndi Bakı və İrəvanda ən çox bundan danışılır…

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın Nyu-York şəhərinə səfər edib.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, o burada BMT Baş Assambleyasının 79-cu sesiyasında iştirak edəcək.

Azərbaycan XİN yaydığı rəsmi məlumatda C.Bayramovun Nyu-Yorkda ikitərəfli görüşlər keçirəcəyini bildirsə də, kimlərlə görüşəcəyini açıqlamayıb.

Oxşar bəyanatla Ermənistan Xarici İşlər Nazirliyi də çıxış edib. Maraqlı məqam Mirzoyanla yanaşı, ABŞ-da Baş nazir Nikol Paşinyanın da olacağıdır.

Bununla belə, Azərbaycan və Ermənistan mənbələri Nyu-Yorkda Bayramovla Mirzoyan arasında hansısa təmasın olacağı ilə bağlı səssizdirlər. Lakin diqqətçəkən məqam səfərin həm də ABŞ-ın həftənin əvvəlində Ermənistan-Azərbaycan danışıqlarını təşkil etməyə hazır olması ilə bağlı səsləndirdiyi bəyanat fonunda gerçəkləşdirməsidir. Üstəlik, hər iki nazir Nyu-Yorka ABŞ Dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyana telefon zəngindən sonra yollanıblar. Hələlik görüşün baş tutub-tutmayacağı ilə bağlı ABŞ rəsmiləri də səssizlik nümayiş etdirirlər.

Sonuncu dəfə Bayramovla Mirzoyan məhz ABŞ-ın vasitəçiliyi ilə iyul ayında görüşmüşdülər.

Maraqlı məqam bu il baş tutacaq 79-cu sessiyaya Paşinyanla yanaşı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da yollanmasıdır.

Qeyd edək ki, bundan öncə Azərbaycanla Ermənistan liderləri sülh müqaviləsi mətninin 80% razılaşdırıldığını açıqlayıblar. Azərbaycan lideri İlham Əliyev, daha sonra isə onun köməkçisi Hikmət Hacıyev müqavilənin bağlanmasına əsas əngəlin Ermənistan konstitusiyasında Bakıya qarşı yer alan ərazi iddiaları məsələsi olduğunu bildirib. Rəsmi Bakı İrəvandan bunun dəyişdirilməsini tələb edib. Ermənistan isə Azərbaycanın dedikləri ilə razılaşmasa da, konstitusiya dəyişikliklərinə hazırlıq aparır. Erməni rəsmilər konstitusiyanın 2027-ci ildə dəyişdiriləcəyini bildiriblər.

Bununla belə, N.Paşinyan Azərbaycanla sülh müqaviləsini razılaşdırılmış bəndlər əsasında imzalamağı və razılaşdırılmayan digər bəndləri gələcəyə saxlamağı təklif edib, kakin Bakı bunun qəbuledilməz olduğunu açıqlayıb.


Chosen
17
news24.az

1Sources