EN

Rusiya ordusu Ukraynada son sutka ərzində daha 1330 hərbçisini itirib

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1330 hərbçisini  itirib.

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 643 min 750 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 16 tank, 81 artilleriya sistemi və 30 zirehli döyüş maşınını məhv edib.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
10
6
missiya.az

10Sources