Azərbaycan idmançıları Portuqaliyanın Qimaraynş şəhərində keçirilən 29-cu akrobatika gimnastikası üzrə dünya çempionatında 4-cü qızıl medalı hesabına yazdırıb.
Prosport.Az xəbər verir ki, Raziyə Seyidli və Ağasif Rəhimovdan ibarət qarışıq (mixed) cütlük qarışıq hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu 2 cütlük dünən balans hərəkətlərində də bütün rəqiblərini üstələməyi bacarmışdı. Həmçinin, kişilərdən ibarət Murad Rəfiyev və Daniel Abbasov cütlüyü həm balans, həm də qarışıq hərəkətlərdə dünya çempionu olmuşdu.