EN

Kişi şahmatçılarımız Ümumdünya Şahmat Olimpiadasında son görüşlərini keçirib

Azərbaycanın kişilərdən ibarət millisi Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında son matçına çıxıb. Sport24.az xəbər verir ki, XI turda Braziliya ilə qarşılaşan yığma 3:1 hesablı qələbə qazanıb.
 
Aydın Süleymanlı - Luiz Paolo Supi 0,5:0,5Nicat Abasov - Alexander Fier 0,5:0,5Rauf Məmmədov - Renato Quintiliano 1:0Şəhriyar Məmmədyarov - Dieqo Di Berardino 1:0
 
Yığma bundan öncə Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) Qazaxıstan (3:1) və Kubanı (3:1) udub, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) məğlub olub, İtaliya (2:2) və Yunanıstanla (2:2) isə heç-heçəyə razılaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
7
sport24.az

3Sources