EN

Türkiyədə ağır qəza: Onlarla turist xəsarət aldı

Türkiyənin Qaziantep şəhərində ağır yol qəzası olub.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Mənbə qeyd edir ki, Tarsus-Adana-Gaziantep avtomobil yolunda turist avtobusu idarəetmədən çıxaraq aşıb. Qəza zamanı sürücü də daxil olmaqla 20 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım maşınları, polis və jandarm qüvvələri cəlb edilib. Yaralılar təcili yardım maşınları ilə Nurdağı Dövlət Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
6
bizim.media

8Sources