EN

Zaqatalada fərdi yaşayış evində yanğın baş verdi

Zaqatalada fərdi yaşayış evində yanğın olub.

KONKRET.az xəbər verir ki, gecə saat 02 radələrində rayonun Aşağı Tala kəndində, kənd sakini Mehriban Həmid qızı Əhmədovaya məxsus ümumi sahəsi 90 kv/m olan birmərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün hadisə yerinə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Yanğının genişlənməsinin qarşısı dərhal alınıb.

Yanğın nəticəsində evin 20 kv/m-lik mətbəxinin tavan hissəsi və mətbəxtdə olan ev əşyaları yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2
4
konkret.az

5Sources