EN

İnternetin sürəti azaldıqda bunu edin – AÇIQLAMA

Avqustun 15-indən etibarən Azərbaycanda minimum internet paketinin qiyməti 25 manat oldu. Bahalaşmanın səbəbi kimi bildirilir ki, yüksəksürətli internetə olan tələbatdır. Çünki internet paketinin qiyməti ilə yanaşı sürəti də artırılıb.

Lakin çoxsaylı vətəndaşlar internetin sürətindən şikayət edir.Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən İT mütəxəssisi Elvin Abbasov bildirdi ki, ölkədə son günlərdə internetlə bağlı insnların şikayətləri sosial şəbəkələrdə və televiziyalardakı sosial sorğularda geniş şəkildə müşahidə olunur.

Onun sözlərinə görə, “burada, əslində bir neçə texniki səbəblərdən danışmaq olar. İlk öncə qeyd edim ki, internet limitlərinin 40 Mbit/s internet sürətini 100 Mbit/s-yə artırıldıqdan sonra kütləvi şəkildə, yəni vətəndaşlar tərəfindən çox sayda şikayətlərin olması təbiidir. Çünki bir çox modemlər çox köhnədir. Yəni 7-8 il əvvəl alınan modemlərdir. Onların 100 Mbit/s-i dəstəkləməməsi ehtimalıdır. Dəstəkləsə də o modemlər yenidən tənzimlənməsi lazım ola bilər. Yenidən baxış keçirilməli, düzgün tənzimlənmələr olmalıdır. Həmçinin də bəzi provayderlərin düzgün xidmət göstərməməsi halı da yaşanır. Paylayıcıları düzgün bölgü edə bilmirlər. Onların hər hansısa texniki səbəbdən öz abonentlərini razı sala bilmirlər.

Bütün bu səbəblərin fonunda hər bir halda texniki baxış keçirilməlidir. Çünki bəzi sosial müşahidələrimizdən, bəzilərində isə texniki olaraq mənalandıra bilmədiyimiz bir çox səbəblər dilə gətirilir. Bunlardan biri də odur ki, bir çox insan bildirir ki, “biz 18 manat ödəyəndə həyətə endikdə internet tuturdu, indi isə 25 manat ödəyirik həyətdə, ümumiyyətlə internet tutmur. Ümumiyyətlə çöldən gələn internet kabelini ayırsaq modemi işlək hala gətirsək, internet olmadan modemin wifi qurğusunun ötürücü siqnallarının əhatəsi dəyişməyəcək.

Ona görə də modemin wifi siqnallarının içindəki internetlə heç bir əlaqəsi yoxdur. Modemin wifi siqnalları harda zəif çəkirsə orada internet zəif olmalıdır, harada güclü çəkirsə güclü olmalıdır.

Təbii ki, aldıqları limit və paket çərçivəsində. Bunun kimi bir çox səbəblər var ki, texniki müstəvidə baxış keçirilməlidir. Problemlər öz həllini tapmalıdır.

Ümumiyyətlə yaxşı olar ki, internetin kabelini modemdən ayırıb bir noutbuk və ya komputerlə internet sürətini tam ölçsünlər və çöldən gələn internetin tam həcmini ilk öncə öyrənsinlər. Ola bilsin ki, modemdə də müxtəlif nasazlıqlar ola bilər. İstənilən halda bütün problemlər texniki səviyyəyə əsaslanır və texniki müstəvidə də həlli var”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
2
medianews.az

3Sources