EN

İt ev sahiblərini dəhşətli bəladan XİLAS ETDİ - FOTO

Yanğın zamanı ev iti sahiblərini ölümdən xilas edib.
 
Moderator.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmi "Telegram" kanalı məlumat yayıb.
 
Bildirilib ki, gecə saatlarında Arxangelsk yaxınlığında fərdi evdə yanğın baş verib.
 
Qeyd edilib ki, it təhlükəni hiss edərək hürməyə başlayıb və sahiblərini yuxudan ayıldıb.
 
Onlar evlərindəki yanğını söndürə bilib və tövlədə olan mal-qaranı xilas ediblər.
 
Gələn yanğınsöndürənlər yanğını tam söndürüblər.
Chosen
34
2
moderator.az

10Sources