EN

"Turan Tovuz"un ilk məğlubiyyəti

Bu gün Misli Premyer Liqasında bir oyun təşkil olunub.

"İki sahil"  xəbər verir ki, günün qarşılaşması Tovuzda baş tutub.

"Qarabağ"ın turu qələbə ilə başa vurmasından sonra "Turan Tovuz" ikinci pilləyə enib. Kurban Berdıyevin komandası qələbə sayəsində yenidən liderliyi geri qaytara bilərdi. Amma Tovuz klubu mövsümdə ilk məğlubiyyətini alıb.

Son 4 oyunda uduzmayan "Araz-Naxçıvan" isə növbəti qələbəsini qazanaraq, 3-cü pilləyə yüksəlib.

VII tur
21 sentyabr
18:00. “Turan Tovuz” – “Araz-Naxçıvan” - 1:2
Qollar: Ayxan Quseynov, 48 - Ramon Maçado, 44. Felipe Santos, 55

Baş hakim: Elçin Məsiyev
"Turan Tovuz”: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 80. Otto Con, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 71. Mehman Hacıyev, 41. Sergey Samok, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 19. Elçin Qasımov, 22. Nahid Əliyev, 25. Denis Marandiçi, 6. Araş Qaderi
Baş məşqçi: Kurban Berdiyev
"Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 7. Ülvü İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 71. Sənan Ağalarov, 17. İssuf Paro, 10. Bernardo Dias
Baş məşqçi: Elmar Baxşıyev

Tovuz şəhər stadionu

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
19
ikisahil.az

10Sources