EN

Naxçıvanda gəlin maşını qəzaya uğrayıb, ölən və xəsarət alanlar var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Naxçıvan-Sədərək avtomobil yolunun 23-cü kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bir nəfər ölüb, toyu olacaq bəy xəsarət alıb.
APA-nın məlumatına görə, qəza zamanı 75-AF-793 dövlət nömrə nişanlı "Ford" markalı avtomobil ilə 74-BC-207 dövlət nömrə nişanlı VAZ-2106 markalı avtomobil toqquşub. Hadisə nəticəsində VAZ-2106 markalı avtomobilin sürücüsü Təbriz Fəxrəddin oğlu Məmmədov hadisə yerində vəfat edib. Avtomobildə olan sərnişin, Təbriz Yadulla oğlu Əsgərli ağır xəsarət alıb.
Digər avtomobilin sürücüsü, toyu olacaq şəxs Fərid Emin oğlu Rəsulov və avtomobildə olan sərnişinlər - Elvin Zeynalabdin oğlu Tağıyev və Tayfun Amin oğlu Qulubəyli ciddi xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
50
oxu.az

10Sources