EN

“Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü peşə bayramı münasibətilə tədbir keçirilib (FOTO)

Bakı. Trend:

20 sentyabr 2024-cü il tarixində “Gülüstan” sarayında “Əsrinmüqaviləsi”nin 30 illiyi və Neftçilər Günü peşə bayramımünasibətilə tədbir keçirilib.

Trend xəbər verir ki,tədbirdə dövlət rəsmiləri, yerli və xarici şirkətlərinnümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan tədbirdəölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizinəziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ötən bir il ərzində Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyevin çıxışlarında enerji sektoruna dairsəsləndirdiyi fikirlər əsasında hazırlanan videoçarx təqdimedilib.

SOCAR-ın prezidenti Rövşən Nəcəf Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyevin neftçilərə təbrik məktubununmətnini oxuyub.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti neft-qaz sənayemizininkişafına, neftçilərə göstərilən davamlı dəstəyə görə Prezidentİlham Əliyevə neftçilər adından minnətdarlığını ifadə edib.

Rövşən Nəcəf Azərbaycan xalqının Ümummilli Lideri, müasirAzərbaycan dövlətinin banisi, enerji strategiyasının müəllifiHeydər Əliyevin rəhbərliyi ilə imzalanan “Əsrin müqaviləsi”ninneft-qaz sənayesində əldə olunan uğurların təməlini qoyduğunu,ölkəmizin davamlı və dayanıqlı sosial-iqtisadi tərəqqisinə,beynəlxalq mövqelərinin gücləndirilməsinə əlverişli zəminyaratdığını bildirib.

19-20 sentyabr 2023-cü ilin şanlı tariximizdə növbəti Zəfərsalnaməsinin yazılması ilə əlamətdar olduğunu söyləyən Rövşən NəcəfAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin MüzəffərAli Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlükVətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərizamanı rəşadətli Ordumuzun nümayiş etdirdiyi yüksək peşəkarlıq vəböyük şücaət nəticəsində tarixi torpaqlarımızın işğaldan azadedildiyini, ərazi bütövlüyümüz və dövlət suverenliyimizin tam təminolunduğunu qeyd edib.

R.Nəcəf dövlət başçısı cənab İlham Əliyevin müvafiq sərəncamlarıilə 20 sentyabr tarixinin ölkəmizdə Dövlət Suverenliyi Günü elanedilməsinin, həmçinin bu tarixin Azərbaycanda Xankəndi, Xocalı,Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunmasının böyük qürurvə iftixar hissi doğurduğunu ifadə edib.

Azərbaycanın dünyada neft və qaz ilə yanaşı, neft və neft-kimyaməhsulları ixrac edən ölkələrdən biri kimi də mövqeyini davamlıolaraq gücləndirdiyini ifadə edən Rövşən Nəcəf SOCAR tərəfindənicra olunan layihələrin iqtisadiyyata əlavə dəyərqazandırılmasında, “yaşıl” enerji keçidində, qeyri-neft sektorunun,kiçik və orta biznes subyektlərinin inkişafında önəmli roloynayıdığını qeyd edib.

bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidentiQordon Birrel Neftçilər Günü və “Xəzər dənizinin Azərbaycansektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli”yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi vəhasilatın pay bölgüsü haqqında” Sazişin imzalanmasının 30 illiyimünasibətilə təşkil olunan tədbirdə iştirakdan böyük şərəfduyduğunu ifadə edib. Vitse-prezident Azərbaycanın 20 sentyabr1994-cü il tarixindən etibarən qazanılan uğurlar sayəsində dünyanınneft istehsal edən qlobal enerji təchizatçılarından birinəçevrildiyini bildirib.

Milyonlarla insanın enerji təhlükəsizliyində “Azəri”, “Çıraq”yataqlarının və “Günəşli” yatağının rolundan bəhs edən Q.Birrel buSazişin Azərbaycana və bütün regiona iqtisadi firavanlıqgətirdiyini vurğulayıb.

Sonra qocaman neftçi Firdovsi Əhmədov tərəfindən neftçilərinAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevəünvanladıqları təşəkkür məktubu oxunub.

Tədbir çərçivəsində əməkdaşlığa dair bir sıra sənədlərinimzalanması mərasimi olub.

SOCAR, bp, “ONGC Videsh”, TPAO, “ExxonMobil”, “Itochu”, Inpex”,“MOL Group”, “Equinor” şirkətləri arasında “Xəzər dənizininAzərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli”yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və nefthasilatının pay bölgüsü haqqında” 14 sentyabr 2017-ci il tarixliSazişə İkinci Qoşma” sənədi imzalanıb.

Həmçinin SOCAR və bp şirkəti arasında enerji təchizatıtəhlükəsizliyinin artırılması məqsədilə apstrim neft-qaz layihələriüzrə əməkdaşlıq haqqında və “Qarabağ” neft yatağı və “Əşrəfi–DanUlduzu–Aypara” sahəsinə dair Anlaşma memorandumları imzalanıb.

Eyni zamanda, SOCAR ilə “MOL Hungarian Oil and Gas” şirkətiarasında “Şamaxı-Qobustan sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilathaqqında” Anlaşma Memorandumu imzalanıb.

Daha sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyinin və SOCAR-ın birgə təşəbbüsü ilə “Əsrinmüqaviləsi”nin 30-cu ildönümünə həsr olunan poçt markalarınındövriyyəyə buraxılması məqsədilə markaların möhürlənməsi mərasimikeçirilib. Zərflər SOCAR-ın prezidenti Rövşən Nəcəf, AzərbaycanRespublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müaviniCavid Qurbanov, bp-nin hasilat və əməliyyatlar üzrə icraçıvitse-prezidenti Qordon Birrel, bp-nin Azərbaycan, Gürcüstan vəTürkiyə üzrə regional prezidenti Qəri Counz tərəfindənmöhürlənib.

Sonra mərasim bədii hissə ilə davam etdirilib, “Dörd dost”qısametrajlı filmi nümayiş etdirilib və konsert proqramı təqdimolunub.

“Əsrin
“Əsrin
“Əsrin
“Əsrin
“Əsrin
“Əsrin
“Əsrin
“Əsrin
“Əsrin
“Əsrin
“Əsrin
Məqalədə:
Chosen
8
13
az.trend.az

10Sources