EN

Sabah Bakıda külək əsəcək, yağış yağacaq – PROQNOZ

Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Bakıda havanın temperaturu gecə 16-19° isti, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 762 m civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Bölgələrdə havanın temperaturu gecə 15-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
49
bizim.media

10Sources