EN

Atası atıb gedib, anası əlilliyinə görə işləyə bilmir: Yusifin dəstəyə ehtiyacı var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Doqquz yaşlı Yusifin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Günel Əsgərova məlumat verib.
O bildirib ki, övladı anadangəlmə serebral iflicdən əziyyət çəkir:
"Yusifin doqquz yaşı var. O, anadangəlmə serebral iflicdən əziyyət çəkir. Keçən il pay torpağımı sataraq Yusifi müayinə üçün İrana apardım. Orada Yusifin başına maye yığıldığını, təcili əməliyyat edilməli olduğunu dedilər. Əməliyyat üçün xəstəxanaya 4 000 manat ödəniş etməliyik. 3 200 manatını toplaya bilsək də, 800 manatımız hələ də çatmır. Biz əməliyyat üçün sabah İrana yola düşürük. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm".
Günel Əsgərova övladlarına təkbaşına baxdığını deyib:
"Mənim Yusifdən əlavə iki övladım da var. Onların atası illər əvvəl bizdən ayrılıb, özünə yeni həyat qurub. Övladları ilə maraqlanmır, heç bir dəstəyi də yoxdur. Özüm ikinci qrup əliləm, bir qolum işləmir. Buna görə də iş tapıb işləyə bilmirəm. Yusiflə mənim pensiyama dolandıra bilirəm uşaqlarımı. İnanın, uşaqlarımı bir qarnı ac, bir qarnı tox böyüdürəm. Yusif isə təcili əməliyyat olunmalıdır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını, övladımın əməliyyatı üçün köməklərini əsirgəməmələrini xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 819-60-21.
Rabitə Bank: 4189 8000 8472 5116.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
1
oxu.az

10Sources