EN

Elza Seyidcahana xəbərdarlıq olunub

Əməkdar artist Elza Seyidcahanın bu yaxınlarda efirdə səsləndirdiyi şeirdəki söz oyunlarının yaratdığı assosiasiya, dolayısıyla, vulqarizm elementləri təsiri bağışlayıb, bu səbəbdən ictimai hiddət və narazılıqla qarşılanıb.

Doğru.az Kulis.az-a istinadən xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Katibliyi bütün bunları Elza Seyidcahanın nəzərinə çatdıraraq onu belə çıxışlardan, leksikonunda mənfi təəssürat oyadan kəlmə və ifadələrə yer verməkdən çəkinməyə çağırıb.

İctimaiyyətin, xüsusən ədəbi mühitin nümayəndələri həmin materialda geniş auditoriyaya hörmətsizlik, cəmiyyətə meydan oxumaq, ədəbi dəyərləri, poeziyanı gözdən salmaq, onu gülüş obyektinə çevirmək, üzvü olduğu Azərbaycan Yazıçılar Birliyinin nüfuzuna xələl gətirmək kimi məqamlar görərək kəskin etiraz bildiriblər. Ortaq və doğru olan qənaət belədir ki, diqqət çəkmək üçün bu cür bayağı, qeyri-məqbul üsullardan istifadə etmək ciddi sənət adamına yaraşmır.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
34
dogru.az

10Sources