EN

Umerov bütün müavinlərini işdən çıxarmaq istəyir

Ukraynanın müdafiə naziri Rustəm Umerov bütün müavinlərini onların səmərəsizliyi səbəbindən işdən çıxarmağı planlaşdırır.

Modern.az xəbər verir ki, nazir Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanovun iki müavinini - Viktor Zaytsevi və İqor Ostapenkonu vəzifədən azad edib.

“Müdafiə naziri Rustəm Umerov öz müavinlərinin demək olar ki, hamısını tutduqları vəzifələrdə səmərəsiz olduqlarına görə işdən çıxarmağı planlaşdırır”, – “RBK-Ukrayna” agentliyinin “Telegram” kanalında dərc olunan informasiyasında belə deyilir.

Agentliyin mənbələrinin verdiyi məlumata görə, Umerovun Budanovu Baş Kəşfiyyat İdarəsinin rəisi vəzifəsindən azad etmək fikri yoxdur.

"Cebheinfo.az"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
5
6
cebheinfo.az

10Sources